Sosial şəbəkədə biz:

Bakıdakı Dağüstü parkda intihar

22 February 2017, 10:19
Gündəm
Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib. “ Azinforum.az ”nun Report-a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.