Sosial şəbəkədə biz:

Qorbaçyov villasını satır

23 February 2017, 11:18
Gündəm
SSSR-nin sabiq prezidenti Mixail Qorbaçyov özünün Almaniyadakı villasını satışa çıxarıb. Malikanə Bavariya Alpında Teqernzee şəhərində yerləşir. Fins.az xarici mediaya istinadən xəbər verir ki, villanın ərazisi 600 kv metrdir. Malikanənin həyətyanı sahəsi 0,26 hektardı. Villa 1908-ci ilə tikilib və bu yaxınlarda təmir olunub. Sarayın yaxınlığında göl yerləşir. Şəhər meri Kristiana Kokanın dediklərinə görə, Qorbaçyov son vaxtlar çox nadir hallarda villaya gəlir.