Sosial şəbəkədə biz:

Gənc ana imdad diləyir-FOTO

Abbasova Aynurə Arif qızı "posthipoksik ensefalopatiya" diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında yerləşdirilib. Yaxınları tərəfindən göndərilən məktubda tam sağalma şansı olan gənc Aynurə üçün yardım aksiyasına başlandığı xəbər verilib. Aynurənin yaxınları aksiyaya dəstək olmağa çağırır. 29 yaşlı Aynurə uşaq dünyaya gətirərkən bu vəziyyətə düşüb. Uşaq ölü doğulub. O, boğazına yerləşdirilən traxeostomik boru ilə nəfəs alır, vegetativ vəziyyətdədir, danışmır, kontakta girmir, ətrafa qarşı laqeyddir. 2014-cü il aprelindən bu halda olan Aynurənin 6 yaşlı bir oğlu var. Lakin uşağın ala biləcəyi psixoloji travmaya görə anası ilə görüşməyə icazəsi yoxdur. Hazırda xəstəxanada anasının nəzarətində olan Aynurənin sağalma şansı var. Ailənin maddi vəziyyəti qənaətbəxş olmadığına görə o, 1 il 2 aydır yataq vəziyyətindədir. Aynurəni normal həyata qaytarmaq, onu övladına qovuşdurmaq aylıq 4000 manat xərci olan müalicədən asılıdır. Bir neçə ay davam edən müalicə ilə o yenidən ayağa qalxa, tam sağala bilər. Bankın adı: "Kapital Bank" ASC-nın 1 saylı Sumqayıt şəhər filialı VÖEN: 9900003611 KOD: 200253 Müxbir hesab: AZ37NABZ01350100000000001944 S.W.I.F.T. : AIIBAZ2X Hesab: AZ77AİİB38010019442507026125 - Əliyeva Fatimə Hüseyn Qızı (Aynurənin anası) Yardım etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinə müraciət edə bilər. Ünvan: Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi - 7. (Mülki-müdafiə idarəsinin yanı) Telefon: (018) 655-67-41  

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol