Sosial şəbəkədə biz:

Ter-Petrosyanın partiyası Qarabağ üzrə yenidən sülhə və güzəştlərə çağırır

27 February 2017, 20:39
Gündəm
Dağlıq Qarabağda sülhün bütün mahiyyəti — bu, qarşılıqlı güzəştlərdir. Novosti Armeniya bildirir ki, bunu fevralın 27-də Milli Məclisdə jurnalistlərlə söhbətdə Erməni Milli Konqresi parlament fraksiyasının başçısı Levon Zurabyan deyib. O xatırladıb ki, sabiq prezident Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1991-ci ildə, 1994-cü ildə, 1998-ci ildə və ondan sonra da olub. “Mən düşünmürəm ki, məntiqə malik olan hansısa bir ciddi insan sülhün zərurət olduğunu və ona nail olmaq üçün qarşılıqlı güzəştlərin vacibliyini anlamasın”, - deyə Zurabyan vurğulayıb. (Virtualaz.org)