Sosial şəbəkədə biz:

Baş anestezioloqdan ciddi xəbərdarlıq (VİDEO)

Bəzi xəstəxanalarda əməliyyat olunmalı xəstə ilə əvvəlcədən psixoloji söhbətlər aparılmır. Nəticədə də xəstə stresli vəziyyətdə əməliyyata girir. Bu isə pasientin sağlamlığında müəyyən problemlər yarada bilər. Baş anestezioloq bununla bağlı ciddi xəbərdarlıq edir.
Bəzi səhiyyə müəssisələrində xəstələrin cərrahiyyə əməliyyatı stress vəziyyətində aparılır. Səbəb isə xəstənin əvvəlcədən psixoloji cəhətdən əməliyyata hazırlanmamasıdır.
Ölkənin baş anestezioloqu Aydın Qədirov bununla bağlı həyəcan təbili çalır. Onun sözlərinə görə, pasiyent əməliyyat üçün xəstəxanaya müraciət etdikdə onunla həkimlər psixoloji söhbət aparmalıdırlar. Çünki əməliyyat anında xəstənin psixi-emosional vəziyyəti əsas rol oynayır.
Baş mütəxəssis deyir ki, təcili əməliyyatlar istisna olmaqla, bəzi tibb müəssisələrində xəstələr elə müəssisəyə qəbul edildiyi gün də əməliyyat olunur. Ancaq qaydaya görə, cərrahiyyə əməliyyatı edilməli olan xəstə ən az 1 gün əvvəldən xəstəxanada yatmalıdır. /Xezerxeber.com/


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol