Sosial şəbəkədə biz:

Pensiya yaşının artırılması ilə bağlı layihə martın 7-də müzakirəyə çıxarılacaq

01 March 2017, 21:48
Gündəm
Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Parlamentdən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb. Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir. (apa)