Sosial şəbəkədə biz:

Mehman Hüseynovun saxlanacağı yer dəyişdirildi

03 March 2017, 21:23
Gündəm
Bu gün 2 il müddətə azadlıqdan məhrum edilən həbs edilən blogger Mehman Hüseynovun saxlanacağı yer dəyişdirilib. Lent.az xəbər verir ki, bu barədə onun yaxınları məlmat verib. Mehman Hüseynov Şüvəlanda yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-blogger Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.