Sosial şəbəkədə biz:

Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinə başlamaq istəyir

03 March 2017, 21:36
Gündəm
Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini həyata keçirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Qarsda olan Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq başa çatır: "Bu layihə Qars bölgəsinə də fayda verəcək. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən sonra İğdırdan Naxçıvana, İrana və Pakistana dəmiryolu çəkəcəyik". Ə.Arslan əlavə edib ki, bu məsələ İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində də müzakirə olunub: "Bölgələrin yükünü Qarsdan Avropaya daşımaq niyyətindəyik".