Sosial şəbəkədə biz:

ABŞ xarici ölkələrə maliyyə yardımı azaldacaq

05 March 2017, 10:07
Gündəm
Vaşinqton xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib. “ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq”, - deyə o qeyd edib. Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək. Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib.