Sosial şəbəkədə biz:

Şəhidimizin cibindən çıxan şeir hamını duyğulandırdı

05 March 2017, 18:56
Gündəm
Cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Qazax rayonu, Daş Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Süleymanov Süleyman Elçin oğlunun hərbi geyiminin cibindən sevgilisinə yazdığı şeir tapılıb. Şərq.az saytına istinadən həmin şeiri təqdim edirik: Sevgilim, götür bu şəklimi, saxla yadigar. Bəlkə də bu şəklim sonuncu oldu. Yolumu gözləmə, mən ki əsgərəm, Bəlkə də qismətim şəhidlik oldu.