Sosial şəbəkədə biz:

İŞİD liderinin əmisi oğlu qandallandı - FOTO

06 March 2017, 10:09
Gündəm
Qərbi Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanlıb. Bu barədə "Al Sumaria” telekanalı məlumat verib. Onun adı açıqlanmasa da Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Adıçəkilən ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib. İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb. APA