Sosial şəbəkədə biz:

Haaqa məhkəməsində Rusiyayla bağlı dinləmələr başlayır - Ukrayna üçün tarixi an

06 March 2017, 14:55
Gündəm
BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı irqi ayrı-seçkilik və terrorizmi maliyyələşdirmə ilə bağlı iddiaları üzrə dinləmələrə başlanılır.Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, dinləmələr bu gündən başlayaraq martın 9-na kimi davam edəcək. Tərəflər növbə ilə öz mövqelərini təqdim edəcəklər. Ukrayna prezidenti Petro Poroşenko isə bunu tarixi məqam adlandırıb: “Ukrayna BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Rusiyanın cinayətlərini sübut edəcək. Həqiqət silahdan güclüdür”.