Sosial şəbəkədə biz:

Bahəddin Həziyevə ağır itki üz verib

08 March 2017, 17:39
Gündəm
Tanınmış jurnalist, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır itki üz verib. Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, baş redaktor 8 Mart günü anasını itirib. B. Həziyev anasının vəfat etdiyini sosial şəbəkədəki hesabında yazıb: "Səhərin açılmasını gözləyirdim ki, təbrik edim. Hədiyyəsi də hazır idi. Ancaq onun üçün bu səhər açılmadı. Anam rəhmətə getdi". Allah rəhmət eləsin!