Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba tapıldı- 8000 nəfər evakuasiya edildi
Almaniyada Düsseldorf hava limanı yaxınlığında İkinci Dünya Müharibəsinə aid bomba tapılıb.
AzNews.az “Rheinische Post” qəzetinə istinadən xəbər verir ki, bomba tikinti işçiləri tərəfindən aşkarlanıb. 500 kiloqramlıq ABŞ bombasını zərərsizləşdirmək üçün 1 km məsafədə evakuasiya zonası elan olunub. Beləliklə də, hava limanı yaxınlığındakı rayonun 8 min əhalisi evakuasiya olunacaq.
Zərərsizləşdirmə işləri davam edərkən rayonda hərəkət dayandırılacaq. Hava limanı fəaliyyətini davam etdirsə də, bəzi gecikmələr ola biləcək.