Sosial şəbəkədə biz:

Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib

09 March 2017, 11:48
Gündəm
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib. “Report”un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub. Faktla bağlı araşdırma aparılır.