Sosial şəbəkədə biz:

Azərbaycanda neçə sayt var?

".az" milli domen zonasında qeydə alınan saytların sayı 24 140 ədəd təşkil edib. WHOIS-in yaydığı məlumatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında .az domen zonasında qeydə alınan saytların sayı təqribən 5 faiz artıb. Qeydə alınan saytların ümumi sayından 22 374 ədədi domendə qeydə alınan birinci səviyyəli resursların payına düşür. Bu, cari ilin əvvəlinə olan göstəricini 4,9 faiz üstələyir. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 1056 sayt (artım 4,7 faiz) qeydə alınıb. Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada isə 237 internet saytı (10,7 faiz artım) qeydə alınıb. Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir (trend).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol