Müharibə veteranı generala ad günü təbriki ünvanladı
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun doğum günüdür.
Azinforum.az xəbər verir ki, ölkənin əsas mühafizə xidməti rəhbərlərindən biri olan general Əyyubovun 66 yaşı tamam olur. Qarabağ müharibəsi veteranı Elbəyi Bağırov general üçün çox əlamətdar olan bu gün münasibətilə saytımız vasitəsilə onu təbrik etmək istədiyini bildirib. Müharibə veteranı yazır: "Hörmətli Bəylər müəllimi ürəkdən təbrik edirəm. Ona bundan sonrakı həyatında da, möhkəm can sağlığı, işlərindən müvəffəqiyyət arzulayıram. Ad günüz mübarək, cənab general!"