Sosial şəbəkədə biz:

Ələm­dar Nə­bi­yev: "Təx­ri­bat­la­rın qar­şı­sı­nı al­maq üçün Azər­bay­ca­nın Fran­sa­da­kı di­as­por təş­ki­lat­la­rı fə­al­lıq gös­tər­mə­li­dir"

10 March 2017, 10:36
Gündəm
Mə­lum ol­du­ğu ki­mi, mar­tın 14-də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin Fran­sa­ya rəs­mi sə­fə­ri baş­la­nır. Pre­zi­dent İl­ham Əli­ye­vin sə­fə­ri Azər­bay­can və Fran­sa ara­sın­da dip­lo­ma­tik əla­qə­lə­rin qu­rul­ma­sı­nın 25 il­li­yi­nə həsr edi­lib. Göz­lə­nir ki, tə­rəf­lər Fran­sa pay­tax­tın­da, həm­çi­nin, Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı ilə bağ­lı mü­za­ki­rə apa­ra­caq. Onu da qeyd edək ki, bu gün­lər­də Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan Fran­sa­da sə­fər­də olub. O, sə­fər çər­çi­və­sin­də Fran­sa pre­zi­den­ti Fran­sua Ol­land, Se­nat səd­ri Je­rar Lar­şe, Mil­li As­samble­ya­nın səd­ri Klod Bar­to­lo­ni və Pa­ris me­ri Ann İdal­qo ilə gö­rüş­lər ke­çi­rib. Gö­rüş­lər­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir mü­za­ki­rə­lər apa­rı­lıb. Onu da əla­və edək ki, Fran­sa ATƏT-in Minsk Qru­pu­nun həm­sədr döv­lət­lə­rin­dən bi­ri­dir. Bu ba­xım­dan Er­mə­nis­tan və Azər­bay­can pre­zi­dentlə­ri­nin Pa­ri­sə sə­fə­ri xü­su­si ma­raq kəsb edir. Bu ara­da mə­lum olub ki, Fran­sa­nın er­mə­ni təş­ki­lat­la­rı Azər­bay­can li­de­ri­nə qar­şı təx­ri­bat ha­zır­la­yır. Be­lə ki, Fran­sa er­mə­ni təş­ki­lat­la­rı­nın "Col­lec­tif Van" nəş­ri bü­tün fran­sız­la­ra mü­ra­ci­ət edə­rək on­la­rı Pre­zi­dent İl­ham Əli­ye­vin sə­fə­ri­nə qar­şı er­mə­ni di­as­po­ru­nun ak­si­ya­la­rı­nı dəs­tək­lə­mə­yə ça­ğı­rıb. Er­mə­ni di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri öz mi­tinqlə­ri­ni 14 martda Pa­ris­də, Li­on­da və Mar­sel­də ke­çir­mə­yi plan­laş­dı­rır. Ona gö­rə də er­mə­ni təx­ri­ba­tı­nın qar­şı­sı­nı al­maq üçün nə et­mək və han­sı qa­baq­la­yı­cı ad­dım­lar at­maq la­zım­dır? Av­ro­pa­da­kı di­as­por təş­ki­lat­la­rı­mız nə et­mə­li­dir? Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən Bey­nəl­xalq Di­as­por Mər­kə­zi ida­rə he­yə­ti­nin üz­vü, ta­nın­mış di­as­por fə­a­lı Ələm­dar Nə­bi­ye­vin söz­lə­ri­nə gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin son vaxtlar Av­ro­pa öl­kə­lə­rin­də ke­çir­di­yi gö­rüş­lər və Pa­ri­sə göz­lə­ni­lən sə­fə­ri er­mə­ni­lə­ri bərk na­ra­hat edir: "Çün­ki Sar­kis­yan­dan fərqli ola­raq İl­ham Əli­yev müs­tə­qil si­ya­sət ye­ri­dir. Onun apar­dı­ğı si­ya­sət Azər­bay­ca­nın təh­lü­kə­siz­li­yi­nin qo­run­ma­sı­na, möv­cud prob­lem­lər­dən öl­kə­nin uğur­la çıx­ma­sı­na xid­mət edir. Er­mə­nis­tan rəh­bə­ri­nin tez-tez ora-bu­ra qaç­ma­sı, bu öl­kə­də ge­dən ha­di­sə­lər onu gös­tə­rir ki, Er­mə­nis­tan­da bu və­ziy­yət­dən çox na­ra­hat­dır­lar. Heç kə­sə sirr de­yil ki, Fran­sa­da er­mə­ni lob­bi­si çox güc­lü­dür. Öl­kə­də ya­şa­yan çox­say­lı er­mə­ni­lər bu sa­hə­də uzun il­lər­dir təş­ki­lat­la­nıb. An­caq o da mə­lum­dur ki, Azər­bay­ca­nın da Fran­sa ilə sıx əla­qə­lə­ri var. 1993-cü il­də mər­hum pre­zi­dent Hey­dər Əli­yev ilk sə­fə­ri­ni Fran­sa­ya et­di. İl­ham Əli­yev pre­zi­dent se­çi­lən­dən son­ra iki öl­kə ara­sın­da əla­qə­lər da­ha da in­ki­şaf et­mə­yə baş­la­dı. Di­gər tə­rəf­dən, ötən ay Fran­sa Konsti­tu­si­ya Məh­kə­mə­si qon­dar­ma "soy­qı­rım"ın in­ka­rı ilə bağ­lı nə­zər­də tu­tu­lan cə­za­nın tət­bi­qi­ni ləğv et­di. Bu, er­mə­ni­lə­rə en­di­ri­lən zər­bə idi. İl­ham Əli­ye­vin Fran­sa­ya bir ne­çə də­fə sə­fər et­mə­si və iki öl­kə ara­sın­da əla­qə­lə­rin çox­şa­xə­li ol­ma­sı er­mə­ni­lə­ri na­ra­hat edir. Nə­zə­rə al­saq ki, Azər­bay­can Cə­nu­bi Qaf­qa­zın apa­rı­cı döv­lə­ti­dir, bu üz­dən müx­tə­lif ak­si­ya­lar ke­çir­mək­lə sə­fə­rin əhə­miy­yə­ti­ni aşa­ğı sal­maq is­tə­yir­lər. He­sab edi­rəm ki, təx­ri­bat­la­rın qar­şı­sı­nı al­maq üçün Azər­bay­ca­nın Fran­sa­da­kı di­as­por təş­ki­lat­la­rı fə­al­lıq gös­tər­mə­li­dir. On­lar müx­tə­lif ak­si­ya­lar ke­çir­mə­li və təb­li­ğat işi­ni güc­lən­dir­mə­li­dir. İş­lə­ri­ni dip­lo­ma­tik qu­rum­lar­la bir­gə və ko­or­di­nə olun­muş şə­kil­də hə­ya­ta ke­çir­mə­li­dir­lər. O za­man be­lə cəhdlə­rin ef­fek­ti­ni he­çə en­dir­mək olar". Vi­da­di OR­DA­HAL­LI