Sosial şəbəkədə biz:

Sinan Oğan MHP-dən xarici edildi

10 March 2017, 15:35
Gündəm
Türkiyə Milliyətçi Hərəkat Partiyası 4 üzvünü partiyadan kənarlaşdırıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı MHP Mətbuat Xidməti yayıb. Partiyadan millət vəkilləri İsmayıl Ox, Yusif Halaçoğlu, Nuri Okutan uzaqlaşdırılıb. MHP-dən qovulanlar sırasında əslən azərbaycanlı olan eks-deputat Sinan Oğan da yer alıb. Qeyd edək ki, Oğan 2015-ci ildə partiyadan uzaqlaşdırılsa da, sonradan məhkəmənin qərarı ilə yenidən üzvlüyü bərpa edilib. O, MHP-nin hazırkı rəhbəri Dövlət Baxçalının əsas əleyhdarı hesab edilir.