Sosial şəbəkədə biz:

Əfv üçün 1700 nəfərədək məhbus müraciət edib - Açıqlama

10 March 2017, 17:52
Gündəm
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya açıqlamasında bildirib ki, iclasda 120 müraciətə baxılıb.
O, indiyədək keçirilən iclaslarda ümumilikdə 850-yə yaxın müraciətə baxıldığını deyib.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.