Sosial şəbəkədə biz:

Əfv Komissiyası sonuncu iclasını keçirdi - 450 məhbus azad oluna bilər

12 March 2017, 15:50
Gündəm
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid AzVision.az-a bildirib ki, sonuncu iclasda 100-dən artıq müraciətə baxılıb. Komissiya üzvü qeyd edib ki, indiyədək keçirilən iclaslarda ümumilikdə 900-dən artıq müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. R.Məcid vurğulayıb ki, əfv sərəncamı ilə 450-ə yaxın məhbus azadlığa qovuşa bilər. Qeyd edək ki, Novruz Bayramı ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalaması gözlənilir.