Sosial şəbəkədə biz:

İlham Əliyev Fransada növbəti görüş keçirdi

13 March 2017, 14:01
Gündəm
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə də görüşüb. *   *   *12:07 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə daha iki görüş keçirib. O, əvvəlcə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə, sonra isə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb. *   *   *11:33 Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb. AzərTAc bildirir ki, İlham Əliyevin bu gün, həmçinin Parisdə “SUEZ” qrupu baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub. * * *12.03.2017(19:35) Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfər edib. Virtualaz.org-un məlumatına görə, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.