Sosial şəbəkədə biz:

PROKUROR ATASI HƏBS EDİLƏN BAŞ REDAKTORA 5 İL CƏZA İSTƏDİ

14 March 2017, 13:30
Gündəm
Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu gün Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı (prokuror-red)  "Sonolay.org" saytının baş redaktoru Ramin Məhəmmədoğlunun 5 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib. Jurnalist Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl, baş redaktorun atası Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib. Baş redaktor ittihamları qəbul etmir və bildirir ki,  həm özünün, həm də atasının belə ittihamlara tuş gəlməsi sırf  jurnalist fəaliyyətilə bağlıdır. Növbəti proses martın 28-nə təyin edilib, həmin gün Ramin Məhəmmədoğluna hökm oxunacağı gözlənilir. Çinarə SEYİDOVA Azinforum.az