Sosial şəbəkədə biz:

General Zakir Nəsirov əfv fərmanına düşdü

16 March 2017, 19:30
Gündəm
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev BakiPost.az-a açıqlamasında deyib ki, bu şəxslərdən biri biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Qeyd edək ki, Zakir Nəsirov 8 iyun 2005-ci il tarixində həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.