Sosial şəbəkədə biz:

Xırdalanda banka silahlı basqın: yaralı var (YENİLƏNİB)

"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi  Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.
Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin  "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.
Abşeron  Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.
 Xırdalanda banka silahlı basqın: yaralı var (YENİLƏNİB)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir374/img1849233.jpg' target='_blank'>Yüklə</a>Xırdalanda banka silahlı basqın: yaralı var (YENİLƏNİB)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir374/img1849234.jpg' target='_blank'>Yüklə</a>Xırdalanda banka silahlı basqın: yaralı var (YENİLƏNİB)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir374/img1849235.jpg' target='_blank'>Yüklə</a>
  • Xırdalanda banka silahlı basqın: yaralı var (YENİLƏNİB)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir374/img1849236.jpg' target='_blank'>Yüklə</a>


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol