Sosial şəbəkədə biz:

Azərbaycan Londondakı terror aktını qınadı - Bəyanat

23 March 2017, 10:55
Gündəm
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu barədə XİN-in "Twitter" səhifəsində iməlumat yayılıb. Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır: "Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik". Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.