Sosial şəbəkədə biz:

Tanınmış jurnalist ağzını "tikərək"  aclıq aksiyasına başladı 

Məşhur hərəkatçı və sabiq siyasi məhbus, tanınmış jurnalist Fərəməz Novruzoğlu bu gündən ağzını tikməklə etiraz aksiyasına başlayır. Bu barədə məlumatı Strateq.az-a jurnalistin özü verib. O, bildirib ki, aksiya keçirməyə onu vergi orqanlarının qərəzli fəaliyyəti məcbur edib: "Bilirsiniz ki, sonuncu dəfə Prezidentin fərmanı ilə əfv edildikdən sonra, mən jurnalistikadan aralanıb kiçik bizneslə məşğul olmağa başlamışam. Metronun "Gənçlik" stansiyasına yaxın yerdə balaca bir mağazanı icarə götürüb işlədirdim. Bu işə başladığım gündən vergi işçilərinin qanunla uzlaşmayan basqılarına məruz qalmışam. Artıq ikinci dəfədir ki, heç bir əsas olmadan məni külli miqdarda cərimə edirlər. Bir sözlə, işləməyə qoymurlar. Bu səbəbdən də, ağzımı "tikməklə" müddətsiz aclıq aksiyasına başlayıram". Strateq.az hadisəni diqqətdə saxlamaqla ətraflı məlumat verməyə çalışacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol