Sosial şəbəkədə biz:

Bələdiyyə-QHT əməkdaşlığına necə nail olaq?

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi “Yerli əhəmiyyətli problemlərin həllində,QHT və bələdiyyə nümayəndələri arasında əlaqələrin qurulması istiqamətində regionlarda ictimai debatlarn keçirilməsi”layihəsini həyata keçirir. Azinforum.az-a veril'n m'lumatda bildirilir ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişafı istiqamətində yeni seçilmiş bələdiyyələrdə Bələdiyyə-QHT əməkdaşlığına nail olmaqdan, regionlarda yerli əhəmiyyətli ictimai problemlərin mövcud durumlarını öyrənməkdən və ictimai problemlərin həlli istiqamətində bələdiyyələrin rolunu gücləndirməkdən ibarətdir... Beləki,layihənin icrası dövründə regionlarında fəaliyyət göstərən bələdiyyələr,QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə debatların keçirilməsi, onların mövcud problemlərin həlli istiqamıtində birgə əməkdaşlığı üçün səylərin artırılması nəzərdə tutulur.Layihə çərçivəsində yerli problemlərlə bağlı İmişli, Şirvan və Beyləqan rayonlarında 150 respondent arasında sorğular aparılmışdır... Seçilmiş bələdiyyələr haqqında statistik məlumatlar toplanmış,bələdiyyələrin ehtiyacları qiymətləndirilmiş,problemlər analiz olunmuşdur Tədqiqat işi başa çatdıqdan sonra Beyləqan bə İmişli rayonlarında yerli bələdiyyələr,ictimaiyyət nümayəndələrinin və fəal icma üzvlərin iştirakı ilə debatlar keçirilmişdir. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli layihə və debatların əhəmiyyəti barədə iştirakçıları məlumatlandırdmışdır.. Debatlar QHT,Bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə olmuşdur. Debatlar rayon mərkəzində təşkil olunmuş və hər bir debat 3 saat müddətində davam etmişdir. Debatlarda yerli QHT nümayəndələri, Bələdiyyə və KİV nümayəndələri və yerli hakimiyyət orqanları nümayəndələri iştirak etmişlər. İlk 45 dəqiqə ərzində qanunvericilik bazası haqqında məlumat verilmişdir. Bu zaman QHT və Bələdiyyələr haqqında,Bələdiyyələrin stasusu haqqında ,Yerli əhəmiyyətli problemlərin həllində bələdiyyələrin rolu haqqında qanunlar müzakirə edilmiş və ictimai vəsaitlərin səfərbər olunması və səmərəli xərcləmələri ,eləcə də bu sahədə əvvəlki vəziyyət müqaisəli təhlili aparılmışdır. Debatların ikinci hissəsində QHT və bələdiyyələrin birgə əməkdaşlığı,seçilmiş bələdiyyələrin ən vacib problemləri və onun həlli istiqamətində səylərin birləşdirrliməsi, əməkdaşlıq münasibətlərinin qurulmasının praktiki prosedurları,ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq QHT və bəldiyyə qurumları, MQHT-lərə Dəstək Şurası və onun bu sahəyə yönəlik fəaliyyətləri və.s. haqqında məlumatlar verilmişdir. Hər bir dəyirmi masada 20-25 nəfərə yaxın nümayəndə iştirak etmişdir.Məruzələr təşkilatın hüquqşünas ekspertləri tərəfindən aparılmış və hər bir mövzunun yekununda iştirakçıları maraqlandıran suallara cavablandırılmışdır. Layihə Azərbaycan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Yerli əhəmiyyətli problemlərin həllində,QHT və bələdiyyə nümayəndələri arasında əlaqələrin qurulması istiqamətində regionlarda ictimai debatlarn keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. lay


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol