Sosial şəbəkədə biz:

ATƏT PA-ya yeni baş katib seçildi

ATƏT PA-ya yeni baş katib seçildi ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilib. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT PA-nın yeni baş katibi italiyalı deputat Roberto Montella olub. O, bu vəzifəyə qurumun iyulun 5-də Finlandiya paytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib. R.Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda postunu tərk edəcək və onu R.Montella əvəzləyəcək. Qeyd edək ki, ATƏT PA baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol