Sosial şəbəkədə biz:

Sabiq nazir xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsindən saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ədliyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov "Report"a açıqlamasında deyib ki, hazırda N.Quliyevin vəziyyəti normaldır. Xatırladaq ki, N. Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol