Sosial şəbəkədə biz:

Tümendə “Şah” ləqəbli “qanuni oğru” tutulub

Tümen vilayəti polisinin cinayət axtarışı şöbəsinin əməkdaşları Zaqafqaziya respublikalarından birinin vətəndaşı olan, 1975-ci il təvəllüdlü “qanuni oğru”nu yaxalayıblar. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, cinayət aləmində “Şah” ləqəbi ilə tanınan şəxs onunla bağlı operativ informasiya daxil olduqdan sonra Tümendə küçələrdən birində tutulub. O, saxlanılan zaman müqavimət göstərərək hüquq-mühafizə orqanlarından yayınmaq istəsə də, buna nail ola bilməyib. Üzərinə baxış keçirilən zaman “Makarov” tipli tapança da götürülüb. Məhz bu silah onun barəsində cinayət işinin açılmasına səbəb olub. İndi müstəntiqlər onun hansısa cinayətlə bağlı olub-olmadığın araşdırır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol