Sosial şəbəkədə biz:

Bakıda restoranda xidmətçi müştərilər tərəfindən döyülüb

06 April 2017, 09:48
Gündəm
Bakıda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə "İpək yolu" restoranında qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əsədzadə Həmid Allahverdi oğlu iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. H.Əsədzadə polis əməkdaşlarına "İpək yolu" restoranında döyüldüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.