Sosial şəbəkədə biz:

Türkiyədə anti-terror əməliyyatı - Ölən və yaralanan var

06 April 2017, 09:50
Gündəm
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Hakkari vilayətində keçirdiyi əməliyyat nəticəsində 8 PKK terrorçusu məhv edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb. Hakkari vilayətinin rəhbəri terrorçuların təhlükəsizlik qüvvələrinə iri çaplı silahlardan hücum etdiyini açıqlayıb. Keçirilən anti-terror əməliyyatı zamanı HHQ-yə məxsus F-16 qırıcıları PKK hədəflərinə zərbələr endirib. 8 terrorçu öldürülüb, 1 əsgər isə yaralanıb. Xəsarət alan əsgər artıq xəstəxanaya yerləşdirilib.