"Karmen" və "Yeganə" unları – UCUZLAŞDI
Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
Holdinqdən verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7 - 1 manat ucuzlaşıb. (APA)