Sosial şəbəkədə biz:

Azərbaycanda 6 klinika bağlandı

Səhiyyə Nazirliyinin bu ilin 1-ci yarısında apardığı yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb. Fins.az-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bunlar "VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi və "Nihat Klinikası" MMC-dir. Bundan başqa, nazirlik 3 özəl tibb müəssisəsinə - "Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, və "Medservis" Özəl Tibb Mərkəzinə verdiyi xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidməti tam çıxararaq yalnız poliklinik xidməti saxlayıb. Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə cərimə edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol