Sosial şəbəkədə biz:

Gürcü baş nazir prezidentin çıxışını bəyənmədi - “Şəxsi fikirləriydi...”

07 April 2017, 17:13
Gündəm
Gürcüstanın baş naziri prezidentin parlamentdəki illik çıxışını bəyənməyib. “Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, baş nazir Georqi Kvirikaşvili bildirib ki, prezident Marqvelaşvilinin çıxışı kifayət qədər dərin və obyektiv olmayıb: “Bu, prezidentin cari məsələlərlə bağlı öz fikirlərini təqdim etdiyi ənənəvi çıxışı idi” Qeyd edək ki, prezident illik çıxışına ölkənin hakim partiyasını tənqid edərək başlayıb. Əsas narazılığı isə birbaşa prezident seçkilərinin ləğvi təşəbbüsləri ilə bağlı olub Onu da əlavə edək ki, prezidentlə Gürcüstanın hakim partiyası arasında əlaqələr artıq uzun müddətdir ki, gərgindir və vaxtaşırı gərginləşməyə davam edir.