Sosial şəbəkədə biz:

İranda özünü asan azərbaycanlı polis imiş?

İranda Azərbaycan vətəndaşının özünə qəsd etməsinin ilkin səbəbi məlum olub. Xatırladaq ki, hadisə Təbrizin İmam Xiyabanında yerləşən "Cəhhənamə" otelində baş verib. Həmin oteldə qonaq olan 46 yaşlı Ədalət Həşimov özünü otağın pəncərəsindən asıb. Nemət adlı şəxs milli.az-a yazır ki, Ə.Həşimov polis əməkdaşı olub və Təbriz şəhərinə müalicə üçün gedib. Müalicə pulu qurtaranda qardaşına zəng edərək əlavə pul istəyib. Qardaşından rədd cavabı alandan sonra özünü asıb. "Mən özüm də həmin vaxt İranda idim. İyulun 5-i biz həkimdən otelə qayıdanda dedilər ki, yerliniz özünü asıb", - deyə oxucu yazıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol