Sosial şəbəkədə biz:

Türkiyə təşviş içində - 22 dəfə zəlzələ oldu + Yenilənib

09 April 2017, 13:12
Gündəm
Türkiyənin Van şəhərində zəlzələ baş verib. “ Azinforum.az ” ın “Cnnturk”ə istinadən verdiyi məlumata görə, Tuşba rayonunda qeydə alınan 4.2 maqnitudalı yeraltı təkanların ocağı 19.85 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb. *** “Cnnturk” xəbər verir ki,  Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, Vanda Türkiyə vaxtı ilə saat 00:31-də baş verən 4.3 ballıq zəlzələdən sonra şəhər səhər saatlarına qədər 22 dəfə sallanıb.