Sevil Əliyeva ilk dəfə qızının şəklini paylaşdı - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva ilk dəfə qızının fotoşəklini paylaşıb.Modern.az saytının xəbərinə görə, Londonda yaşayan Sevil xanım qızı Zərifənin şəklini özünün Facebook səhifəsində yerləşdirib.
Qısa müddət ərzində şəkil 2 minə yaxın istifadəçi tərəfindən “like” edilib və ona çoxlu sayda müsbət şərh yazılıb.
Qeyd edək ki, S.Əliyeva bir müddət öncə oğlunun da şəklini Facebook-da yerləşdirdmişdi.
Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də“Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir. Qızına mərhum anasının adını verib.
Sevil Əliyeva oğlu ilə...