Sosial şəbəkədə biz:

“Bank of Baku” və “Unibank”dan geriyə addım

Azərbaycanda əsasən istehlak kreditləşməsi üzrə ixtisaslaşmış 2 bank kreditlərin illik faiz dərəcəsini azaldaraq əvvəlki səviyyəyə endirib. Fins.az-ın məlumatına görə, söhbət “Bank of  Baku” və “Unibank”dan gedir.
Məsələ ondadır ki, bu banklar Azərbaycan Mərkəzi Bankının kreditlərə görə tutulan komisyon haqqının 1%-i keçməməsi barədə göstərişinə əməl etdikdən sonra kreditləri bahalaşdırmışdılar. Belə ki, “Bank of Baku” manatla verdiyi kreditlərin illik faiz dərəcəsini 32-34%-dən 35-39%-ə, dollarla verdiyi kreditlərin illik faiz dərəcəsini isə 28-30%-dən 34-38%-ə qaldırmışdı. “Unibank” isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşmışdı.
Fins.az-ın bu məsələni gündəmə gətirməsindən sonra hər iki bankın tətbiq etdiyi faiz dərəcələri geniş ictimai müzakirələrə səbəb olduğundan, həm “Bank of Baku”, həm də “Unibank” geriyə addım ataraq faizləri azaldıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol