Sosial şəbəkədə biz:

Əli Kərimlinin keçmiş müavini cəbhəçiləri ittiham etdi

Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa vermiş, artıq keçmiş sədr müavini Əbülfəz Qurbanlı facebook sosial şəbəkəsində ünvanına səslənən ittihamlara cavab verərkən bəzilərinin saxta profil arxasında gizləndiyini vurğulayıb. Maraqlıdır ki, Ə.Qurbanlı saxta profillə facebookda “meydan sulayan”lardan bəzilərinin AXCP-çilər olduğuna işarə edib. O, bununla bağlı bildirib: ”Saxta profil arxasında gizlənən özümüzünkülər - Mikayıl Bayramov arxasında gizlənən şəxs və başqaları… Dedim axı, hamını tanıyıram…” Ə.Qurbanlı keçmiş partiyadaşlarına “bacardınız, bundan sonra da riyakarlıq etməyin” deyə mesaj ünvanlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol