Sosial şəbəkədə biz:

İlham Əliyev hüquq-mühafizə orqanlarını tənqid etdi

13 July 2015, 18:54
Gündəm
Prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb. Prezident çıxışında hüquq-mühafizə oqranlarının da fəaliyyətinə münasibət bildirib. Dövlət başçısının sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən sahibkarların fəaliyyətinə müdaxilə edir, onlara təzyiq göstərir. Prezident bildirib ki, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki bu özbaşınalıq sahibkarların vəziyyətinə və ölkədə investisiya mühitinə mənfi təsir göstərir.