Sosial şəbəkədə biz:

İŞİD "komandiri"nin çılpaq fotoları yayıldı - FOTOLAR

25 April 2017, 14:57
Gündəm
İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi əməliyyatları artıq sona çatır. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin aktiv rol oynadığı əməliyyatlarda bir çox kənd İŞİD terrorçularından təmizlənib. Musavat.com-un verdiyi xəbərə görə, amerikalı komandir Con Dorrian bildirib ki, İŞİD-çilərin Mosuldan başqa qaçacaq yerləri qalmayıb. O, qeyd edib ki, Mosulun qərbində yeni hücum planı hazırlanır və bu hücumdan sonra Mosul İŞİD terrorçularından tamamilə təmizlənəcək. Bundan başqa, əməliyyatlar zamanı İŞİD-in komandirlərindən biri tutulub. Köhnə Şəhər bölgəsində yerləşən stadiounun ətrafında aparılan əməliyyatlar zamanı ələ keçirilən İŞİD-çinin çılpaq fotoları yayılıb. Musavat.com həmin fotoları təqdim edir: