Sosial şəbəkədə biz:

Məqsəd Nur AzTV-də baş direktor təyin olundu

“Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” informasiya studiyasının baş direktoru təyin olunub. Bu barədə Publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bu gündən vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol