Azərbaycanlı gəncdən fədakarlıq - QIZI XİLAS ETDİ, ÖZÜ BOĞULDU
Dərbəndin Xəzər kəndində bir nəfər boğulmaqda olan qızı xilas edərkən özü ölüb. Lent.az-ın məlumatına görə, Rəcəbəliyev Sultan Məhəmməd oğlu qışqırıq səsləri eşidib və düşünmədən özünü suya atıb. Möcüzə nəticəsində o, Xuçni kənd sakini - 12 yaşlı Fatimə Səidovanı xilas edib. Qızı sahilə ata bilsə də, özü batıb. Qeyd edək ki, S.Rəcəbəliyev daha əvvəl də bir nəfəri xilas etmişdi.