Sosial şəbəkədə biz:

Leyla və Arif Yunusların məhkəməsində şok açıqlamalar: Proses təxirə salınıb - FOTOLAR

15 July 2015, 13:04
Gündəm
Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi 27 iyul saat 10:00-a təxirə salınıb.
Musavat.com-un verdiyi məlumata görə, istintaq işi məhkəmə baxışına göndərilib. Vəkillərin verdiyi vəsatətlərin heç biri təmin olunmayıb.
Leyla Yunus ingilis və rus dillərində verdiyi açıqlamada dəhşətli işgəncə faktları barədə danışıb. Leyla və Arif Yunuslar məhkəməni boykot etdiklərini bildiriblər.