AZAL qiymətləri endirməyib
Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. Fins.az xəbər verir ki, açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov bildirib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur” * * * 14:51 AZAL təyyarə biletlərinin qiymətlərini azaldıb. Bu haqda aznews.az saytı xəbər yayıb. Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb. Belə ki, Azərbaycandakı turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil. Onu da qeyd edək ki, aviaşirkətin saytı naməlum səbəblərdən işləmir.