Sosial şəbəkədə biz:

Türkiyədə PKK-çıların dəfni qarşıdurma yaratdı

Türkiyədə PKK-çıların dəfni qarşıdurma yaratdı Suriya və İraqda İŞİD terrorçuları ilə döyüşdə ölən 2 PKK terroçusunun cənazələri Türkiyədə dəfn edilərkən, problem yaşanıb. Belə ki, Şırnak əyalətində PKK-nın qəbiristanlığında dəfn zamanı qarşıdurma yaşanıb. Hadisəyə polis müdaxilə etməli olub. Şırnak vilayətinin Beytüşşebap bölgəsində cənazə törənində n sonra yollara barrikada quran nümayişçilərə, polis qaz bombası ilə müdaxilə etməli olub. Cənazədə PKK-nın şüarları və terrorçu Abdullah Öcalanın şəkilləri də qaldırılıb. Dəfndən sonra bölgədə prospekt və küçələrdə barrikadalar quran PKK tərəfdarları ətrafı yandırıblar. Nəticədə yollar bağlanıb. Bölgəyə gələn polis qruplarına daş atan nümayişçilərə qaz bombası ilə müdaxilə edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol