FED-in faizi artıracağı ehtimalları getdikcə yüksəlir
ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı 93%-ə çatıb. Mayın 2-3-də keçirilən son iclasdan əvvəl bu göstərici 69% olub.
Son iclasın yekun çıxışında FED maliyyə bazarlarını faizləri iyun iclasında artıracağı barədə tam əmin etməsə də, o, ABŞ iqtisadiyyatında fundamental amillərin güclü olduğunu xatırladıb. FED həmçinin bildirib ki, ilk rübdə açıqlanan zəif iqtisadi göstəricilər müvəqqəti xarakter daşıyır və ABŞ-da istehlak həcmi yüksəlməyə davam edir.(Report)