Sosial şəbəkədə biz:

“Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi?” –Ziya Məmmədovun qardaşı

06 May 2017, 16:03
Gündəm
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə daha bir zərbə alması barədə xəbərlər yayılıb. Azadliq.info iddia edir ki, onun şəxsi təyyarəsini müsadirə ediblər. Məsələ ilə bağlı unikal.org sabiq nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. O, qardaşı haqqında yazılan iddia ilə bağlı bu fikirləri səsləndirib: "Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın. Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim. Bu məsələyə mən münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.